Lazer epilyasiyası Estetik rahatlıq, yoxsa xərçəng təhlükəsi? | Icma.az
Icma.az, Modern.az saytına istinadən bildirir. Müasir dövrdə qadınlar arasında estetik görünüşə xeyli diqqət artıb.
Xanımlar gözəl və cazibədar görünmək üçün sanki bir-birilərilə yarışırlar.
Lakin bu "gözəllik yarışı" bir çox hallarda xoşagəlməz nəticələrə gətirib çıxarır.
Belə təhlükəli hesab olunan prosedurlardan birinin lazer epilyasiyası olduğu iddia edilir.
Heç kimə sirr deyil ki, istənməyən tüklərdən qurtulmağı arzulayanlar tərəddüd etmədən lazer epilyasiyasına üz tutur.
Uzunmüddətli nəticə və rahatlıq vəd edən bu prosedur artıq bir çox gözəllik salonlarında geniş şəkildə tətbiq olunur.
Amma lazerin təsir mexanizmi, onun necə işlədiyi və hansı hallarda təhlükəli ola biləcəyi barədə ictimaiyyətdə hələ də yanlış təsəvvürlər var.Lazer epilyasiyası necə işləyir?Prosedur zamanı lazer şüası dəridən keçərək tükün içindəki piqment - melanin tərəfindən udulur.
Melanin enerjini udduqda istilik yaranır və bu istilik tük follikuluna təsir edərək onu zədələyir.Follikul zərər gördükdə tükün böyüməsi dayanır və ya xeyli zəifləyir.
Tam oxu
Xəbəri oxu