Lazım gələndə amansız ola bilirəm Ruben Amorim

24.11.2024

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim xarakterində danışıb.

Fanat.Az xəbər verir ki, ESPN  portuqaliyalı mütəxəssisin sözlərini belə çatdırıb:

"Gülərüz ola bilərəm, amma işləmək lazım gələndə başqa insana çevrilirəm. Şənlənməyin öz yeri var, amma lazım gələndə amansız ola bilirəm. Məni hərdən ən mehriban oğlan kimi dəyərləndirmək də mümkündür. Ancaq kimsə komanda yox, yalnız özü haqda düşünürsə, ona fərqli münasibət göstərirəm".

Xatırladaq ki, MY İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində bu gün "İpsviç Taun"la qarşılaşacaq. Matçın start fiti Bakı vaxtı ilə 20:30-da səsləndiriləcək.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью