“LC Waikiki” və “Penti”nin təmsilçisində nə baş verir?

21.11.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“Best Brands Group MA” MMC (VÖEN: 1502989081) nizamnamə kapitalını azaltdığını rəsmi şəkildə elan edib.

“Yeni Sabah” xəbər verir ki, şirkətin nizamnamə kapitalı 120 080 manatdan 66 044 manata endirilib. Kapitalın azaldılması ilə bağlı qərarın səbəbləri barədə əlavə məlumat açıqlanmayıb.

“Best Brands Group MA” MMC 2015-ci ildə təsis olunub və Türkiyənin məşhur “LC Waikiki” və “Penti” geyim brendlərinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Şirkət daha əvvəl  2024-cü ildə də nizamnamə kapitalını kəskin azaldaraq 3 milyon 920 min 80 manatdan 120 min 80 manata salmışdı. Online shopping Azərbaycan

Cəlalə Cəlalqızı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью