Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Lənkəran Dövlət Universitetində "Azad Mirzəcanzadə İnkişaf Proqramı" çərçivəsində panel müzakirələr keçirilib.
"Kreativ və innovativ düşüncə tərzini necə formalaşdırmalı?" mövzusunda keçirilən müzakirələrə 120-dən çox tələbə qatılıb.
Çıxış edənlər regionlardakı universitetlərlə daha sıx əlaqə qurmaq, bilik və təcrübələrin paylaşılması haqqında danışıblar.
"Azad Mirzəcanzadə inkişaf proqramı"nın rəhbəri Leyla Seyidzadə Baku TV-yə açıqlamasında Proqramın əsas məqsədinin istedadlı və yaradıcı təfəkkürə malik gəncləri aşkarlamaq və onları dəstəkləmək olduğunu bildirib.
"Proqramımız təkcə müsabiqədən ibarət deyil, biz həm də maraqlı diskussiyalar təşkil edirik", - deyə o əlavə edib.
Daha ətraflı videomaterialda:
LDU-da "Azad Mirzəcanzadə İnkişaf Proqramı"nın panel müzakirələri keçirildi