LDU da bayram ovqatlı Novruz şənliyi

19.03.2025

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın ən gözəl milli bayramı olan Novruzun gəlişi xoş bayram ovqatı ilə qeyd edilib. LDU-nun Böyük akt zalında keçirilən bayram şənliyində Novruz adətlərini əks etdirən videorolik nümayiş etdirlib.

Sonra bayramsayağı bəzədilmiş zal universitetin və LDU-nun nəzdində olan Sosial Aqrar Texnoloji Kollecin gənc istedadlarının, Novruz bayramının atributları olan Kosa və Keçəlin, Bahar qızın ixtiyarına verilib. Məzəli səhnəciklər, şirin yumor, oynaq mahnı və rəqslər bir-birini əvəzləyib, tədbir iştirakçılarına xoş ovqat, bayram əhval-ruhiyyəsi bəxş edib.

Novruz şənliyi milli birliyimizin simvolu olan möhtəşəm “Yallı” rəqsi ilə sona çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью