LDU nun tələbə yataqxanası 285 min manata təmir olunacaq

08.04.2025

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Lənkəran Dövlət Universitetinin şəhərin Z.Tağıyev 118 ünvanında yerləşən yataqxana binasında cari təmir işləri aparılacaq.

AzPost bildirir ki, “Yurd.media”-nın əldə etdiyi məlumata görə, Universitet bununla bağlı müvafiq işlərə başlayıb.

Məlumata görə, LDU təmir işlərinin 285 min manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin 160 yerlik qızlar yataqxanası 2019-cu ildə istifadəyə verilib. Yataqxana 5 mərtəbəli və 52 otaqlıdır. Otaqlarda maksimum 3 nəfər yerləşə bilər.

Oğlan tələbələr üçün yataqxanası isə 250 yerlikdir. 5 mərtəbəli 100 otaqdan ibarət olan tələbə yataqxanasında otaqlar 2 və 3 nəfərlik nəzərdə tutulub.

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью