“Le Monde”: Fransanın dənizaşırı ərazilərinin 40 faizi yoxsulluq şəraitində yaşayır | Icma…
Icma.az, Report.az portalına istinadən məlumat yayır. Fransanın dənizaşırı ərazilərinin təqribən 40 faizi yoxsulluq şəraitində yaşayır.
“Report” xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzetində “Fransada 20 il əvvəl yoxsulluğun azalması tempi dayanıb, əksinə artmaqda davam edir” adlı məqalə dərc olunub.
Fransanın “Dövlət İslahatları Dərnəyi” beyin mərkəzinin üzvləri olan Kristian Babusiyax (Christian Babusiaux), Bernadette Malqorn (Bernadette Malqorn) və Emmanuel Millardın hazırladıqları məqalədə qeyd edilib ki, kontinental Fransada 9 milyon insan yoxsuldur.
Bu isə ölkə əhalisinin 14.4 faizini təşkil edir. Lakin dənizaşırı ərazilər də nəzərə alındıqda say 10 milyona çatır.
Fransanın dənizaşırı ərazilərində əhalinin sayı isə təqribən 2,6 milyondur.
Bu isə o deməkdir ki, dənizaşırı ərazilərin təqribən 40 faizində yoxsulluq hökm sürür.
Məqalədə vurğulanır ki, yoxsulluqla mübarizəyə illik təxminən 51 milyard avro ayrılmasına və ölkə boyunca yüz minlərlə könüllünün səylərinə baxmayaraq vəziyyət davam edir.
Mövcud göstəricilər fonunda bildirilib ki, yoxsulluğun azalma tempi 20 il bundan əvvəl dayanıb, ancaq yoxsulluq səviyyəsi 2004-cü ildən etibarən artmağa başlayıb: “Fransanın İqtisadi Elmlər və Statistikaya dair Milli İnstitutunun 2024-cü ilin iyul ayında dərc etdiyi arayış da bu məlumatı təsdiqləyir”.
Tam oxu
Xəbəri oxu