Le Monde yazır: Fransa sənayesi 2025 ci ildə daha da dərin böhrana düşdü

06.02.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa bir neçə illik bərpadan sonra sənayeləşmənin yeni bir mərhələsinimi yaşayır? Əsla!  "Trendeo" tədqiqat şirkəti tərəfindən 5 fevral cümə axşamı günü dərc edilmiş 2025-ci il üçün toplanmış məlumatları oxuduqda sual yaranır.  Bu nüfuzlu illik təhlil ziddiyyətli siqnallar ortaya qoyur.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbr verir ki, bir tərəfdən, 2025-ci il, xüsusən də rəqəmsal sektorda rekord investisiya elanları ilə yadda qaldı. Digər tərəfdən, avtomobil sənayesinin rəhbərlik etdiyi ənənəvi sənaye çökməkdədir. "Trendeo"nun təsisçisi Devid Kusker vurğulayır ki, ölkə yol ayrıcındadır, yəni Fransa iqtisadiyyatının dərin transformasiyası baş verir. Bu dəyişiklik, xarici şirkətlərin artan rəqabəti ilə üzləşən köhnə sektorların (ağır sənaye) tənəzzülü qarşısında yeni sənaye inqilabı sektorlarının (rəqəmsal və davamlı inkişaf) yüksəlişi ilə əlaqədardır. Mənfi cəhətlərdən biri də, son illərdə ölkə daxilində başlayan fabriklərin yaradılması tempi həqiqətən də sona çatmış kimi görünür. 2021 və 2022-ci illərdəki tarixi zirvədən sonra xalis balans (yeni və bağlanmış sahələrin sayı arasındakı fərq) 2024-cü ilin sonunda mənfi 15-ə düşüb və 2025-ci ildə daha da azalaraq mənfi 63-ə enir. "Trendeo" izah edir ki , hazırkı Fransa 2013-cü ildən bəri "çatılmayan bir səviyyəyə" çatıb". Bir sözlə, rekord investisiyalara baxmayaraq, fabriklərin bağlanması yeni iş yerlərinin açılmasını üstələyir. Avtomobil kimi bir çox sektorda iş yerlərinin itirilməsi halları çoxalır.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью