Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dekabrın 20-də Fransanın məşhur “Le Monde” qəzetində “Emmanuel Makron, güc haqqında müəyyən bir fikir” adlı məqalənin 2-ci hissəsi işıq üzü görüb.
Publika.az xəbər verir ki, məqalədə Makron və onun yaxın çevrəsi ilə bağlı maraqlı məqamlar öz əksini tapıb: - Nəşr 4 dekabr 2014-cü ilə gedir və xatırladır ki, təzəlikcə Fransanın iqtisadiyyat naziri təyin olunmuş E.Makron “start-ap”çılar və böyük şirkətlərin rəhbərləri qarşısında çıxış edərkən söyləyib ki, “mən sosialistəm və mən bunu qəbul edirəm”.
2 il sonra - 2016-cı ilin avqustunda "Puy du Fou" attraksion meydançasında isə o, etiraf edir: “Səmimiyyət məni deməyə məcbur edir ki, mən sosialist deyiləm”.
Nəşr sual edir: E.Makron üçün sözlərin bir əhəmiyyət varmı? - "Siyasətdə yoxdur.
Hər bir halda o, müxtəlif vaxtlarda “liberal”, “islahatçı”, “patriot”, “tərəqqipərvər” və s. olduğu barədə iddialar səsləndirib".
- E.Makron vəd edirdi ki, köhnə dünyanı təmizləyəcək. Lakin Milli Assambleyanın buraxılmasından sonra 2 Baş nazir təyin edir.
2-sinin də 73 yaşı var. 7 il ərzində sol və sağ siyasi düşərgələrinin ən yaxşı məqamlarını vəd edən c-b “Eyni anda” (E.Makron nəzərdə tutulu