Le Pen anti islam çağırışlarla gündəmdədir

01.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Fransanın Milli Birlik (RN) partiyası hakimiyyətə gələcəyi təqdirdə ictimai yerlərdə hicabla bağlı cərimə sanksiyasının tətbiqini planlaşdırır. Bu barədə partiyanın prezidentliyə namizədi Marin Le Penin əsas tərəfdarlarından olan deputat Jan-Filip Tangi açıqlama verib. O, BFMTV telekanalına müsahibəsində RN-nin islamçı ideologiyaya qarşı mübarizə aparacağını və hicab örtənlərin cəzalandırılacağını bildirib. Deputatın sözlərinə görə, bu addım, həmçinin hicab örtməyə məcbur edilən və bu azadlıq uğrunda həyatını itirən qadınlarla həmrəyliyin ifadəsi olacaq.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью