Le Pen: Büdcə layihəsi dəyişdirilməsə, Fransa hökumətə etimadsızlıq səsverməsi tələb edəcə…
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Dirçəliş Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen 2025-ci il dövlət büdcəsi layihəsi dəyişdirilməyəcəyi təqdirdə Fransa hökumətinə etimadsızlıq barədə qətnamə təqdim etmək niyyətindədir.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "BFMTV" kanalının efirində Nazirlər Kabinetinin rəhbəri Mişel Barnier ilə görüşdən sonra bildirib.
"Mənim mövqeyim dəyişməyib. Milli Dirçəliş fraksiyası layihəyə düzəliş edilmədiyi təqdirdə hökumətə etimadsızlıq səsverməsini dəstəkləyəcək"
O bildirib ki, partiya hökumətin elektrik enerjisi vergilərinin artırılmasını planlaşdırdığını layihədən çıxarmağı tələb edir.
Le Pen, həmçinin Nazirlər Kabinetinin rəhbərini bunun üçün Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə edərək, parlamentdən yan keçərək büdcənin qəbulu cəhdlərinə qarşı xəbərdarlıq edib.
"Fransa konstitusiyasının 49.3-cü maddəsi hakimiyyət orqanlarına qanunları səsvermə olmadan qəbul etməyə icazə verir.
Lakin bu qaydadan istifadə edilərsə, Milli Assambleya 24 saat ərzində hökumətə etimadsızlıq elan etmək hüququna malikdir", - deyə Le Pen qeyd edib.
Tam oxu
Xəbəri oxu