Le Pen: Fransa NATO dan çıxmalıdır

22.05.2026

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Fransanın sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen hesab edir ki, Fransa NATO-nun birləşmiş komandanlığından çıxmalıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.

"Hesab edirəm ki, Fransa NATO-nun inteqrasiya olunmuş hərbi komandanlığından çıxmalıdır", — deyə o, "BFMTV" telekanalının efirində bəyan edib.

Eyni zamanda, onun sözlərinə görə, respublika alyansın üzvü olaraq qalmalıdır. "NATO-nun birləşmiş komandanlığından çıxmaq ordumuzla müttəfiqlərin orduları arasında uyğunluğun qorunub saxlanmasına qətiyyən mane olmur", — deyə Le Pen vurğulayıb.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью