Le Pen: Tramp Ukrayna və Rusiyanı danışıqlar masasına gətirə biləcək Doğru Xəbərlər

19.12.2024

Icma.az bildirir, Dogru.az portalına istinadən.

Sağçı Milli Mitinq partiyasının parlament fraksiyasının lideri Marin Le Pen hesab edir ki, ABŞ-ın seçilmiş rəhbəri Donald Tramp Ukrayna və Rusiya arasında danışıqları təşkil edə biləcək.

O, bu barədə País- ə müsahibəsində bildirib.

“Mən inanıram ki, Donald Tramp Putin və Zelenskini danışıqlar masasına oturtacaq və diplomatik həll yolu tapılacaq”, – Le Pen deyib.

Onun fikrincə, Ukrayna NATO müdaxiləsi olmadan silahlı münaqişədə qalib gələ bilməyəcək, lakin bu, üçüncü dünya müharibəsinə gətirib çıxaracaq.

Bundan əvvəl “The New York Times” Trampın Ukraynada 40 min avropalı əsgərin patrul edəcəyi bufer zonası yaratmaq niyyətində olduğunu yazmışdı.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью