Le Pendən alman həmkarına sərt reaksiya

11.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Fransanın tanınmış siyasi xadimi Marin Le Pen Almaniyanın Xristian Demokrat İttifaqının (CDU) rəhbəri Fridrix Merzin açıqlamalarına cavab verərək, onun Fransa adından danışmaq səlahiyyətinin olmadığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, Le Pen Öz bəyanatında Fransanın suverenliyinə diqqət çəkərək qeyd edib:

 "Cənab Merzə bildirmək istəyirəm ki, o, Fransa adından qərar verə bilməz. Fransaya nəsə diktə də edə bilməz. Ukraynaya dəstək mövzusunda ümumavropa büdcəsi məsələsində mövqeyimiz aydındır, sistemlidir və davamlıdır." Online alış-veriş

Fransız siyasətçi həmçinin Ukraynaya ayrılan maliyyə yardımlarının daxili iqtisadiyyata təsirinə toxunaraq, Fransa vergi ödəyicilərinin Ukraynanı maliyyələşdirməsinin uzun müddət bu şəkildə davam edə bilməyəcəyini vurğulayıb. 

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью