Le Penin partiya ofisində axtarış aparılıb

20.11.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransanın sağçı “Milli Birlik” partiyasının Parisdəki qərargahında axtarış keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, 9 noyabr Bazar ertəsi günü keçirilən axtarış Paris Dövlət Prokurorluğu tərəfindən 27 iyulda başlanan məhkəmə istintaqı çərçivəsində aparılıb. 

Fransa Daxili İşlər Nazirliyinin əməkdaşlarından birinin məxfi məlumatları partiya nümayəndələrinə ötürməkdə şübhəli bilindiyi bildirilir.

Axtarış zamanı Paris prokurorunun müavini də partiyanın ofisində olub. Lakin prokurorluq onun səfərinin şəxsi xarakter daşıdığını və istintaqla əlaqəsi olmadığını açıqlayıb.

Qeyd edək ki, partiyaya prezidentliyə namizəd Marin Le Pen rəhbərlik edir.

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью