Leandro Andrade 100 ə çatdı

07.04.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

Leandro Andrade Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Fanat.Az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisinin yubileyi Misli Premyer Liqasının XXIX tura təsadüf edib. 25 yaşlı kabo-verdeli “Zirə” ilə ev matçına start heyətində çıxıb. O, 100 görüşdə 32 qola imza atıb.

Andrade Premyer Liqada 2021/22 mövsümündə debüt edib. Onun ilk oyunu 2022-ci il fevralın 7-də “Neftçi” ilə səfərdəki (2:1) matç olub.

Qeyd edək ki, qarşılaşma “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью