Leandro Andrade: “Bunu yenidən etmək şansımız var”

30.09.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Kopenhagen" matçından öncə ağdamlıların futbolçusu Leandro Andrade mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, o, görüşlə bağlı fikirlərini bölüşüb:

"Baş məşqçimiz dediyi kimi, hamımız üçün vacib oyundur. Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək  şansımız var. Bu da bizi motivasiya edir ki, ən yaxşımızı meydanda verək. Stadionumuz gözəldir".

- Sabahkı matçla bağlı proqnozun necədir?
- "Kopenhagen" əla komandadır. Çempionlar Liqasıdır. Hər bir komanda güclüdür. Biz ən yaxşımızı və maksimumuzu meydanda verəcəyik. Qalibiyyət üçün əlimizdən gələni edəcəyik. Oyuna tam dərəcədə fokuslanacağıq.

“Beşiktaş” 3 xalı 3 qolla qazandı Okan Buruk: “Ən çətin oyunlarımızdan biri olacaq” “Qarabağ” - “Kopenhagen” matçında söz sahibi o olacaq Qurban Qurbanov jurnalistlər qarşısına çıxacaq “Şaxtyor”dan böyükhesablı qələbə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью