Leandro Andrade qol vurdu, Sabah Ukrayna klubuna uduzdu

02.07.2026

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama matçına çıxıb.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Ukraynanın “Polesye” klubu ilə qarşılaşıb. Matç rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin yeganə qoluna Velko Simiç imza atıb.

Qeyd edək ki, "Qarabağ"dan Ukrayna təmsilçisinin heyətinə yeni transfer olunan Leandro Andrade matçda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью