Leandro Andrade: Sistem oyunçuların mövqeyindən daha vacibdir

30.09.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Mən buraya gəlməmişdən qabaq sol vinger kimi oynayırdım".

Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen"ə (Danimarka) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

O, sistemin oyunçuların mövqeyindən daha vacib olduğunu düşündüyünü deyib:

"Burada fərqli mövqelərdə oynamışam. Amma mənim üçün hansı mövqedə oynamağım elə də vacib deyil. Önəmli olan komandanın sisteminə uyğunlaşmaqdır".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Murad Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью