Leandro Andradedən məhsuldar ötürmə

11.08.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Leandro Andradedən məhsuldar ötürmə

Ukrayna çempionatında ikinci turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, sabiq “Qarabağ”lı Leandro Andradenin formasını geydiyi “Polesye” öz meydanında “FK Xarkov”u qəbul edib. 

Matç “Polesye”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Meydana start heyətində çıxan Andrade 90 dəqiqə meydanda olub. Sabiq “Qarabağ”lı 30-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Görüşün 61-ci dəqiqəsində isə o, məhsuldar ötürmə müəllifi olub. Çobotenko Andradenin ötürməsini qola çevirərək komandasının ikinci qolunu vurub. 

Qeyd edək ki, 2 turdan sonra maksimum nəticə göstərən “Polesye” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью