Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Leandro Andrade Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisinin yubileyi Misli Premyer Liqasının 29-cu tura təsadüf edib.
25 yaşlı kabo-verdeli “Zirə” ilə ev matçına (1:0) start heyətində çıxıb. O, 100 görüşdə 32 qola imza atıb.
Qeyd edək ki, Premyer Liqada 2021/22 mövsümündə debüt edib. Onun ilk oyunu 2022-ci il fevralın 7-də “Neftçi” ilə səfərdəki (2:1) matç olub.