Leao İstanbul derbisini buraxacaq

20.10.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

“Qalatasaray”ın futbolçusu Rafael Leao zədə səbəbindən “Fənərbaxça” ilə qarşılaşmada iştirak edə bilməyəcək.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Portuqaliyalı futbolçunun qasıq əzələsində yüngül və orta dərəcəli gərilmə aşkarlanıb.

Bildirilib ki, futbolçunun müalicəsinə başlanılıb və vəziyyəti gündəlik müayinələrlə izləniləcək. Leao UEFA Çempionlar Liqasında “Lill”lə görüşü də buraxacaq.

Xatırladaq ki, Leao “Gənclərbirliyi” ilə oyunda (1:0) zədələnib.

Qeyd edək ki, “Qalatasaray”la “Fənərbaxça” arasında İstanbul derbisi oktyabrın 26-da keçiriləcək.

Mahir Emrelinin klubunda baş məşqçi istefası Günün oyunları bu kanallarda - TV AFİŞA Devid Bekhem FIFA prezidenti ola bilər – İnfantinoya rəqib gəlir “Qalatasaray”da ciddi itki – Leaonun zədəsi ilə bağlı açıqlama “Çelsi”nin kapitanı əməliyyat olunub
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью