Leao üçün Premyer Liqa variantı

25.08.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Milan”dan ayrılacağı gözlənilən Rafael Leao karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Aston Villa” portuqaliyalı vingeri transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Premyer Liqa klubu yaxın zamanda “Milan”la danışıqlara başlayacaq.

Leao bir müddət əvvəl ölkəsinin mətbuatına açıqlamasında İngiltərədə oynamaq arzusunda olduğunu demişdi.

27 yaşlı futbolçu 2019-cu ildən “Milan”da forma geyinir. O, 227 oyunda 64 qola imza atıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью