Leau Kakanın nailiyyətini təkrarladı

28.02.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Milan" klubunun futbolçusu Rafael Leau İtaliya təmsilçisinin sabiq üzvü Kakanın uğurunu təkrarlayıb.

Bakıvaxtı.az "Opta"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna A Seriyasının IX turundan təxirə salınmış "Bolonya" ilə matçda fərqlənməklə nail olub.

Portuqaliyalı forvard Kakadan sonra komandada İtaliya çempionatında ardıcıl 6 mövsümdə beşdən çox qol vuran ilk futbolçu olub. "Rossenerilər"də bu nəticəyə sonuncu dəfə 2003-2009-cu illər aralığında braziliyalı oyunçu nail olub.

Qeyd edək ki, "Milan" səfərdə "Bolonya"ya 1:2 hesabı ilə uduzub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью