Lebedev Ermənistanın MDB dən çıxmasını istisna edib

18.07.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın MDB-ni tərk etmək istəyi ilə bağlı heç bir siqnal olmayıb, belə bir variant istisna edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu MDB-nin İqtisadi Şurasının 106-cı iclasında təşkilatın baş katibi Sergey Lebedev bildirib.

"Mən bu variantı tamamilə istisna edirəm, Ermənistanın MDB-dən çıxmaq niyyətində olduğuna dair heç bir əlamət yoxdur - eyni şeyi Azərbaycan haqqında da demək istəyirəm", - deyə o, Ermənistanın təşkilatdan çıxma ehtimalı ilə bağlı suala cavab verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью