“Lebonla biz, sadəcə, maraqlanmışıq” etiraf və təkzib

19.01.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Neftçi” ilə yollarını ayıran Kilan Lebon karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. 27 yaşlı futbolçu elita klubundan dəvət alıb. “Araz-Naxçıvan” vingeri heyətinə qatmaq istəyir.

Bu xəbərin nə dərəcədə doğru olduğunu"Araz-Naxçıvan"ın icraçı direktoru Eldəniz Yusubovdan soruşduq. Onun "Football-plus.az"a söylədikləri:

“Lebonla biz, sadəcə, maraqlanmışıq. Onun şərtləri bizə uyğun olmadığı üçün, elə maraq olaraq da qaldı. Transfer axtarışlarımız davam edir. Bir hücumçu axtarırıq. Məşqçiyə müxtəlif variantlar təqdim olunur. Razılıq versə, transfer edəcəyik. Konkret bir futbolçu üzərində dayanmamışıq”.


ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью