Lebonun ardından o da Araz Naxçıvan a gəlmədi Yüksək maaş problemi

31.01.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

“Araz-Naxçıvan” bu qış maraqlandığı iki futbolçunun da keçidini reallaşdıra bilməyib.

Apasprot.az saytına verilən məlumata görə, öncə Allan Luislə danışıqlar gedib.

Səudiyyə Ərəbistanının “Əl-Adalah” klubunda oynayan braziliyalını maliyyə məsələsində razı salmaq mümkün olmayıb.

Halbuki “Araz-Naxçıvan” bu futbolçunu yayda da heyətinə qatmaq üçün danışıq aparmışdı.

“Araz-Naxçıvan” braziliyalının keçidini reallaşdıra bilmədiyi üçün ikinci variant kimi “Neftçi”dən ayrılan Kilan Lebona təklif göndərib.

Məlumata görə, Sent-Martin millisinin üzvü də yüksək maaş tələb edib. Ona görə də, onun keçidi də baş tutmayıb.

Qurban Qurbanov gedir? - “Qarabağ”da son vəziyyət Bilal İsmayılov mükafatlandırılıb "Neftçi" üçün həyəcan təbili - 1-ci Liqaya düşə bilər XXIV turun oyun cədvəli bəlli olub "Qəbələ" 2 futbolçusu ilə vidalaşıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью