Lebron Ceyms 2028 ci il Olimpiadasında iştirakına aydınlıq gətirib

19.11.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

40 yaşlı dördqat Milli Basketbol Assosiasiyasının (NBA) çempionu və “Los Anceles Leykers” komandasının hücumçusu Lebron Ceyms 2028-ci il Olimpiya Oyunlarında ABŞ komandasının tərkibində iştirak edib-etməyəcəyi ilə bağlı suala qəti şəkildə cavab verib.

İdman.Biz bildirir ki, 2028-ci il Yay Olimpiya Oyunları ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.

“Cavabımı artıq bilirsiniz. Mən Kabodan izləyəcəyəm. Biz etdiklərimizdən daha yaxşısını edə bilmərik”, - Ceyms “Mind the Game” podkastında deyib.

Lebron ABŞ milli komandası ilə üçqat Olimpiya çempionudur (2008, 2012 və 2024). Ceyms həmçinin 2004-cü il Olimpiadasında bürünc medal qazanıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью