Lebron Ceyms 40 yaşında NBAnın tarixinə düşüb

01.01.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

"Los Anceles Leykers"in üzvü Lebron Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) tarixinə düşüb.

"Report"un məlumatına görə, təcrübəli oyunçu buna “Klivlend”ə qarşı keçirdikləri müntəzəm mövsümün qarşılaşmasında (110:122) iştirak etməklə nail olub.

O, 18 və 40 yaşında NBA matçında meydana çıxan ilk basketbolçudur.

Qeyd edək ki, Lebron Ceyms 2003-cü ildə bu turnirdə debüt edib. Dekabrın 30-da idmançının 40 yaşı tamam olub.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью