Lebron Ceyms 41003 xal qazanıb İdman və Biz

07.12.2024

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Los Anceles Leykers"in lideri Lebron Ceyms peşəkar NBA karyerası ərzində 41000 xal səddini keçib.

İdman.biz xəbər verir ki, 39 yaşlı basketbolçu buna "Atlanta Houks"la oyunda nail olub.

Hazırda Lebronun hesabında 41003 xal var ki, bu da NBA tarixində ən yüksək göstəricidir.

Qeyd edək ki, rekordçunun komandası "Los Anceles Leykers" NBA müntəzəm çempionatının oyununda "Atlanta Houks"a 132:134 xal hesabı ilə məğlub olub.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью