Lebron Ceyms bir ildə 137 milyon qazanıb!

02.06.2026

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Dördqat MBA çempionu, “Leykers”in veteran forvardı Lebron Ceyms son bir ilin ən yüksək ödənişli basketbolçusudu.

"Football-plus.az" xəbər verir ki, qazanc reytinqini tərtib edən “Forbes” basketbol sənayesində çalışan onlarla rəhbər, agentlər və başqa məlumatlı şəxslər ilə söhbət əsnasında ötən il mayın 1-dən bu il mayın 1-nə qədər olan dövr üçün gəlirləri hesablayıb.
“Forbes”in versiyasına görə ən yüksək ödənişli basketbolçuların top-10-u (milyon dollar ilə):
1. Lebron Ceyms (Leykers) – 137,8
2. Stefen Karri (Qolden Steyt) – 124,7
3. Kevin Dürant (Hyuston) – 103,8
4. Yannis Adetokunbo (Miluoki) – 99,2
5. Ceyson Teytum (Boston) – 82,2
6. Şey Gilces-Aleksander (Oklahoma-Siti) 69,3
7. Entoni Edvards (Minnesota) 69
8. Cimmi Batler (Qolden Steyt) 68,2
9. Coel Embiid (Filadelfiya 76) – 65,2
10. Devin Buker (Finiks) – 62,4

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью