Lebron Ceyms NBA da rekorda imza atıb

13.02.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"Los-Anceles Leykers"in 41 yaşlı basketbolçusu Lebron Ceyms NBA tarixində tripl-dabl edən ən yaşlı oyunçu ünvanına sahib çıxıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, təcrübəli basketbolçu bu rekorda müntəzəm çempionatın "Dallas Maveriks" ilə matçında imza atıb.

Görüş "Los-Anceles Leykers"in 124:104 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində 28 xal, 10 ribaund və 12 assistlə yadda qalan L.Ceyms Karl Melouna (40 yaş) məxsus olan rekordu yeniləyərək adını tarixə yazdırıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью