Lebron Ceyms NBA tarixində ilkə imza atdı

08.05.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

ABŞ-nin “Los-Anceles Leykers” basketbol komandasının lideri Lebron Ceyms NBA tarixində daha bir rekorda imza atıb.

İdman.Biz xəbər verir ki, 41 yaşlı basketbolçu “Oklahoma-Siti Tander”ə qarşı pley-off matçında karyerasında 300-cü dəfə NBA pley-off oyununda iştirak edib. Ceyms bu göstəriciyə çatan ilk oyunçu olub.

Qərb konfransının yarımfinal seriyasının ikinci oyununda “Los-Anceles Leykers” səfərdə “Oklahoma-Siti Tander”ə 107:125 hesabı ilə uduzub.

Lebron Ceyms tarixi matçda 23 xal toplayıb və altı məhsuldar ötürmə edib. “Leykers”in ən məhsuldar oyunçusu isə 31 xalla Ostin Rivz olub.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью