Lebron Ceyms NBAda tarixi rekorda imza atıb

20.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

"Los Anceles Leykers"in üzvü Lebron Ceyms Milli Basketbol Assosiasiyası (NBA) tarixində meydanda keçirdiyi dəqiqələrin sayına görə rekorda imza atıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, məşhur oyunçu Kareem Abdul-Jabbarı keçib.

39 yaşlı basketbolçu bu uğura "Sakramento Kinqs"ə qarşı oyun zamanı nail olub. NBA-da 22-ci mövsümünü keçirən L.Ceyms 1,517 oyuna çıxıb və ümumilikdə 57,447 dəqiqə meydanda olub.

Qeyd edək ki, Şöhrət Zalının üzvü və altıqat NBA çempionu Abdul-Jabbar isə 20 mövsüm ərzində 1,560 oyunda meydanda 57,446 dəqiqə keçirib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью