Lebron Ceyms NBAda yeni uğura imza atıb

02.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

"Los Anceles Leykers"in oyunçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) yeni uğura imza atıb.

"Report"un məlumatına görə, 39 yaşlı idmançı NBA tarixində 15000-dən çox məhsuldar atış edən ikinci basketbolçudur.

O, buna “Yuta”ya qalib gəldikləri (105:104) müntəzəm mövsümün qarşılaşmasında nail olub.

Təcrübəli oyunçu həmin görüşdə 27 xalla yadda qalıb.

Hazırda mütləq rekord Karim Abdul-Cabbara məxsusdur. Keçmiş basketbolçunun NBA-da 15837 cəhdi uğurlu alınıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью