Lebron Ceyms NBAnın tarixinə düşüb YENİ REKORD İdman və Biz

20.12.2024

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Los-Anceles Leykers”in basketbolçusu Lebron Ceyms yeni rekorda imza atıb.

İdman.biz xəbər verir ki, 39 yaşlı Ceyms NBA-da parket üzərində ən çox vaxt keçirən basketbolçu olub.

O, bunu “Sakaramento Kinqs”ə qarşı oyunda rəsmiləşdirib. Bu, Lebronun 22-ci mövsümündə 1517-ci oyunu olub. Əfsanəvi basketbolçu bu matçlarda meydanda 57447 dəqiqə keçirib. Bununla da o, Kərim Abdul Cabbarı geridə qoyub. Əvvəlki rekord 57 446 dəqiqə idi.

Qeyd edək ki, “Los-Anceles Leykers” səfərdə “Sakramento Kinqs”ə 113:100 hesabı ilə qalib gəlib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью