Icma.az, Idman.biz saytına istinadən bildirir.
NBA-nın ulduz basketbolçusu Lebron Ceyms yeni komandası “Filadelfiya Seventi Siksers”in heyətində ilk oyununda debüt edib.
İdman.Biz xəbər verir ki, 41 yaşlı hücumçu NBA-nın hazırlıq mərhələsi çərçivəsində “Bruklin Nets”lə qarşılaşmada 18 dəqiqə meydanda olub. O, 10 xal, 4 ribaund və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Görüşdə “Filadelfiya” 108:114 hesabı ilə məğlub olub. “Bruklin”in heyətində çıxış edən Yeqor Dyomin isə 22 dəqiqə ərzində 13 xal və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Qeyd edək ki, Lebron Ceyms karyerasının əvvəlki səkkiz mövsümünü “Los-Anceles Leykers”də keçirib. O, yayda “Filadelfiya” ilə ikiillik müqavilə imzalayıb.