Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
"Football-plus.az" xəbər verir ki, əfsanəvi basketbolçu və ekspert Çarlz Barkli bildirib ki, Lebron Ceyms hələ də çempion titulu uğrunda mübarizə aparacağını düşünürsə, karyerasını “Leykers”də davam etdirməsinin mənası yoxdu:
“Lebron üçün Los-Ancelesdə qalmağın heç bir faydasını görmürəm. Birincisi, bu komanda Qərb konfransında rəqabətədavamlı olmayacaq. İkincisi, “Leykers”i Luka Donçiçə etibar etməyin vaxtıdı. Lebron yaşlandıqca bundan da yaxşı oynaya bilməyəcək. “Leykers” pley-offda “quru” hesabla uduzdu. Heyətində 42 yaşlı oyunçu olan “gölməçəsevərlər” “San-Antonio”, “Oklahoma-Siti” və ya “Minnesota” ilə rəqabət apara bilməz. B komanda rəqabətədavamlı olmayacaq. Odu ki, Lebron Los-Ancelesdə qalacaqsa, deməli, bunun basketbolla bağlı olmayan səbəbdən edəcək”.
Xatırladaq ki, Lebron 2025/26 mövsümündə müntəzəm çempionatda keçirdiyi 60 oyunda orta hesabla 20,9 xal, 7,2 ötürmə və 6,1 ribaund ilə yadda qalıb. Pley-offdakı orta göstəricisi isə 23,2 xal, 7,3 ötürmə və 6,7 ribaunda bərabərdi.