Lebron karyersında bir ilkə imza atıb

16.11.2024

Icma.az, Apasport saytına istinadən bildirir.

Milli Basketbol Assosiasiyasının (NBA) komandalarından “Los Anceles Leykers”də çıxış edən Lebron Ceyms karyerasında ilkə imza atıb.

Apasport.az xəbər verir ki, NBA-da “Los Anceles Lekers” səfərdə “San-Antonio” klubunu 120:115 hesabı ilə məğlub edib.

Qarşılaşmada 15 xal, 12 məhsuldar ötürmə və 16 ribaundla oynayan 39 yaşlı basketbolçu ardıcıl 4 oyunda tripl dubl edərək buna nail olub.

Qeyd edək ki, “Los Anceles" liqada keçirdiyi son 4 oyunu qalibiyyətlə başa vurub.

Millimizin mediaya açıq məşqi keçiriləcək "Sabah"ın baş məşqçisi: "Azərbaycan basketbolunu Avropada layiqincə təmsil etdik" “Sabah” avrokuboklara qələbə ilə yekun vurdu “Quba” NTD-ni məğlub edib “Gəncə”nin 2 üzvü milliyə çağırılıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью