Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Los Angeles Lakers”in lideri LeBron Ceyms NBA tarixində yeni zirvəyə qalxıb.
İdman.Biz xəbər verir ki, basketbolçu “Dallas Maveriks”lə qalib gəldikləri oyunda (124:104) möhtəşəm performans sərgiləyib.
O, 28 xal toplayıb, 10 ribaund edib və 12 məhsuldar ötürmə verərək tripl-dabl rəsmiləşdirib.
41 yaşlı ulduz bununla liqa tarixində bu göstəriciyə imza atan ən yaşlı oyunçu olub. O, 40 yaşında tripl-dabl etmiş Karl Melounun rekordunu geridə qoyub.
Maraqlıdır ki, hər iki nəticə məhz “Leykers” forması ilə əldə olunub.