Lebronun iştahına bax e!

17.07.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

"Football-plus.az" xəbər verir ki, MBA klublarından “Leykers”in forvardı Lebron Ceyms karyerasını bitirəndən sonrakı dövr üçün planları haqda danışıb:

“Nəvələrimə bir oyunda 101 xal toplamağımın yazıldığı lövhəni göstərə biləcəyin anı səbirsizliklə gözləyirəm”.


Hazırda 40 yaşı olan və MBA-da sonuncu mövsümünü keçirəcəyi gözlənilən basketbol əfsanəsinin belə arzusu, sadəcə, xəyal kimi görünür.
Xatırladaq ki, bir oyunda xal sayına görə MBA rekordu Uilt Çemberlenə məxsusdu. O, 1962-ci ildə 100 xal toplayıb. Şimali Amerika liqasında bir oyunda snayperlik bacarığına görə 2-ci yerdə “Leykers”in mərhum ulduzu Kobi Brayant qərarlaşıb. O, 2006-cı ildə 82 xal toplamışdı.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью