Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Dünyaşöhrətli müğənni Ledi Qaqa sahibkar Maykl Polanski ilə gizli şəkildə ailə həyatı qurduğu iddia edilir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Daily Mail” nəşri cütlüyə yaxın bir mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, artıq bir aydan çoxdur ki, onun yaxınlarından heç kim onu görməyib və ondan xəbər almayıb.
“Yaxın ətrafındakılar hesab edirlər ki, o, Maykla birlikdə gedib və hazırda bal ayındadır”, - o qeyd edib.
Başqa bir mənbə isə əlavə edib ki, Ledi Qaqa həmişə qırx yaşı tamam olduqdan sonra ailə qurmaq istəyib.
Qeyd edək ki, Ledi Qaqa və Maykl Polanski 2024-cü ildə nişanlanıblar.
2026-cı ilin martında müğənni Bruno Marsın radio verilişində çıxış edərək Polanski ilə toyun tezliklə baş tutacağını deyib.