Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Amerikalı müğənni Ledi Qaqa ilk dəfə ana olub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı sənətçi və nişanlısı, sahibkar Maykl Polanski ilk övladlarını dünyaya gətiriblər. Körpənin cinsi, adı və doğum tarixi hələlik açıqlanmayıb.
Cütlük yeni doğulan körpə ilə birlikdə Şimali Kaliforniyada paparassilərin kameralarına tuş gəlib. Fotolarda Ledi Qaqanın körpəni qucağında saxladığı görünür.
Xatırladaq ki, Ledi Qaqa və Maykl Polanski 2024-cü ildə nişanlanıblar. Müğənni daha əvvəl 40 yaşından sonra böyük ailə qurmaq istədiyini bildirmişdi.
Qeyd edək ki, Ledi Qaqanın Polanski ilə gizli şəkildə evləndiyi barədə də daha əvvəl məlumat yayılmışdı.