Ledi Qaqanın gizli şəkildə evləndiyi iddia olunur

09.09.2026

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Müğənni Ledi Qaqa sahibkar Maykl Polanski ilə gizli şəkildə evlənmiş ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “Daily Mail” cütlüyə yaxın mənbəyə istinadən yazıb.

İnsayderin sözlərinə görə, müğənnini tanıyanlardan heç kim bir aydan çoxdur ki, onu görməyib və ondan xəbər almayıb.

“Onun ətrafındakı hər kəs Qaqanın Mayklla birlikdə qaçıb getdiyini və hazırda bal ayı keçirdiyini, eyni zamanda uşaq sahibi olmağa çalışdığını düşünür”, deyə nəşrin mənbəsi bildirib.

Digər mənbə isə Ledi Qaqanın 40 yaşından sonra ailə qurmaq istədiyini bildirib.

“Onun yalnız bir bacısı Natali var və o, həmişə daha çox qardaş və bacısının olmasını istəyib. Buna görə də övladlarının çoxlu qardaş-bacısının olmasını və onların bir-birinə arxalana bilməsini istəyir”, deyə mənbə izah edib.

Ledi Qaqa və Maykl Polanski 2024-cü ildə nişanlanıblar. Qaqa həmin ilin oktyabrında Cimmi Kimmelə müsahibəsində sevgilisi ilə sadəcə nikaha daxil olmaq və bundan sonra Çin yeməkləri sifariş etmək istədiyini deyib.

“Amma məni tanıyırsınızsa, çox güman ki, toy təkbuynuzluların iştirak etdiyi sirkə bənzəyəcək”, deyə müğənni zarafat edib.

2026-cı ilin martında Qaqa Bruno Marsın radio şousunda çıxış edərək Polanski ilə toyunun tezliklə baş tutacağını vəd edib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью