Ledi Qaqanın konsertinə BOMBALI HÜCUM

05.05.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Braziliya polisi dünya şöhrətli müğənni Ledi Qaqanın Rio-de-Janeyroda məşhur Kopakabana çimərliyində verdiyi pulsuz konsert zamanı planlaşdırılan bombalı hücumun qarşısının alındığını açıqlayıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Verilən məlumata görə, konsertə 2 milyondan çox insanın qatıldığı təxmin edilir.

Hücum planında şübhəli bilinən iki nəfər saxlanılıb. Onların əllə hazırlanmış partlayıcı vasitələrlə insanlara hücum etməyi planlaşdırdığı bildirilib.

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью