Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Məşhur müğənni Ledi Qaqa yeni doğulan qızı Rouzu ictimaiyyətin diqqətindən qorumağa çalışır.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi həyat yoldaşı Maykl Polanski ilə birlikdə qızını paparassilərdən və pərəstişkarların marağından uzaq saxlamaq üçün xüsusi tədbirlər görür.
“Daily Mail”ə danışan mənbənin sözlərinə görə, cütlük artıq qızları ilə qısa gəzintilərə çıxmağa başlayıb. Lakin onlar bu zaman ətrafda çoxlu insanın və pərəstişkarların olmamasına diqqət edirlər.
“Ledi Qaqa qızını çox ciddi şəkildə qoruyur və Rouzun ətrafına buraxdığı insanları diqqətlə seçir. O, qızının mümkün qədər normal uşaqlıq keçirməsini, anasının məşhurluğunun gətirdiyi diqqətdən uzaq böyüməsini istəyir” deyə, mənbə bildirib.
İnsayderin sözlərinə görə, analıq Ledi Qaqanın həyatında prioritetləri də dəyişib. Onun yaxınları müğənninin bu mərhələdən böyük zövq aldığını və qızı ilə evdə sakit vaxt keçirməyə üstünlük verdiyini söyləyib.
Qeyd edək ki, Ledi Qaqanın qızı Rouz iyunun 9-da Los-Ancelesdə dünyaya gəlib.