Ləfxanımın atası vəfat etdi FOTO KONKRET

20.11.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xocalı soyqırımının şahidi, ailə üzvləri ilə birlikdə erməni əsirliyində qalan Salman Abbasov dünyasını dəyişib.

KONKRET.az bildirir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

Bildirilib ki, Salman Abbasov 86 yaşında xərçəng xəstəliyindən vəfat edib.

O, Xocalının işğalından sonra Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmışdı.

Qeyd edək ki, Salman Abbasov jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudovanın atasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью