Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Legion Financial” nizamnamə kapitalını artırmağa hazırlaşır – Yeni səhmlər buraxılacaq
Lizinq şirkəti “Legion Financial” ASC nizamnamə kapitalının artırılmasını planlaşdırır.
Marja.az xəbər verir ki, məsələ şirkətin səhmdarlarının 12 oktyabr 2026-cı il tarixində keçiriləcək növbədənkənar ümumi yığıncağının gündəliyinə daxil edilib.
Yığıncaq saat 12:00-da Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 25A ünvanında keçiriləcək.
Açıqlamaya əsasən, səhmdarların müzakirəsinə çıxarılacaq əsas məsələ yeni səhmlərin emissiyası yolu ilə “Legion Financial” ASC-nin nizamnamə kapitalının artırılmasıdır.
Beləliklə, yığıncaqda yeni səhmlərin buraxılması və bunun hesabına şirkətin kapital bazasının genişləndirilməsi məsələsinə baxılacaq.
Yeni emissiyanın həcmi, buraxılacaq səhmlərin sayı, nominal dəyəri və kapitalın hansı məbləğədək artırılacağı barədə məlumat elanda açıqlanmayıb.