Legioner həyatı yaşayan legionerimiz matç vaxtı bunu etdi

03.03.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev oyun vaxtı orucunu açıb. Sport24.az xəbər verir ki, bu, ölkə çempionatının XVII turunda "Teuta" ilə matça təsadüf edib.
Qarşılaşmanın 35-ci dəqiqəsində qısa fasilə yaranıb və Ramazan ayında oruc tutan oyunçular bundan yararlanıblar.
Qeyd edək ki, sözügedən görüş 1:1 hesabı ilə yekunlaşıb. Matça start heyətində başlayan Zamiq Əliyev sonadək meydanda olub. "Eqnatiya" hazırda 49 xalla liderdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью