Legioner həyatını başa vurdu, birinci liqa klubu ilə anlaşdı

01.02.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Ötən mövsümü Qırğızıstanın "Abdış Ata" klubunda keçirən İlkin Muradovun karyerasını harda davam etdirəcəyi müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata əsasən, yarımmüdafiəçi yenidən Azərbaycanda çıxış edəcək.

29 yaşlı futbolçu I Liqada çıxış edən "Baku Sportnq"lə ortaq məxrəcə gəlib. O, cari mövsümün sonuna qədər Buzovna klubunun formasını geyinəcək.

Qeyd edək ki, Muradov karyerası ərzində Premyer Liqada "Səbail", "Zirə", "Şamaxı" kimi klubların şərəfini qoruyub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью